...

Ermənistanda nəqliyyat sisteminin və AES-in Fransaya verilməsi başlamazdan əvvəl rus dilinə hücumlar başlanmışdı – Mübariz Əhmədoğlu

Siyasət Materials 11 Oktyabr 2011 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M. Əliyev/

Ermənistanda Rusiya ilə əlaqədar məsələlərdə Rusiyanın Ermənistanı öz təsiri altına alması ilə bağlı başlanmış kampaniya yeni aktivləşmə dövrünü yaşayır. Bu, Fransa prezidenti Nikola Sarkozinin Ermənistana səfəri ilə əlaqəli olsa da, aktivləşmənin tarixi xeyli əvvələ düşür. Trend-in məlumatına görə, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu belə hesab edir.

"Ermənistanda rus dilinə hücumun iki fərqləndirici cəhəti var: Əvvəla, keçmiş MDB məkanında rus dilinə qarşı ən kəskin və əsası olmayan kampaniya idi; ikincisi isə, bu ictimai şəkildə aparılırdı. Rus dilinə qarşı mübarizənin ictimai şəkildə aparılmasını ona görə məxsusi vurğulayırlar ki, Ermənistanın antirusiya əhval-ruhiyyəsi aşkar şəkildə ortalıqda olduğu görünsün. Bu vaxtadək Qərb-Ermənistan münasibətlərinə, Ermənistanın NATO ilə məxfi şəkildə strateji əməkdaşlıq haqqında müqavilə imzalanmasına müxtəlif cür don geyindirmələr və ya əsaslandırmalar ola bilərdi. Hətta Ermənistanın ABŞ və NATO ilə əlaqələrinə, onun Türkiyəyə tərəf qaçmasına haqq qazandıran rus siyasətçiləri vardır", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, rus dilinə qarşı kompaniya aparmaqla Ermənistan özünün strateji niyyətini açıq şəkildə ortalığa qoydu.

"Bəlkə də rus dilinə qarşı kompaniya başlamaqla Ermənistan Rusiya tərəfini zondaj edə-edə Qərbə tərəf keçmək istədiyini nümayiş etdirir. Başqa sözlə, kəşfiyyat adı altında müharibə aparırlar", - politoloq bildirib.

Əhmədoğlu qeyd edib ki, Ermənistanın siyasi mühiti və ziyalıları uzun müddət, eyni zamanda təhqirli şəkildə rus dilinə qarşı mübarizə aparırlar.

"Xeyli müddət Moskva siyasiləri buna reaksiya vermədi. RF Dövlət Dumasının deputatı K.Zatulin, S.Markedonov, A.Zaxarov, A.Areşev, M.Aleksandrov kimi Ermənistanın maraqlarını daimi müdafiə edən ekspertlər hətta rus dilinin təhqir olunduğu dövrdə də Ermənistanın siyasətinə dəstək verdilər. Rus dilinin təhqir olunmasına adları çəkilən, o cümlədən digər rus mənşəli siyasilər əsla reaksiya vermədilər. Yuxarıda adı çəkilən siyasilərdən hansısa biri haçansa Ermənistanın antirusiya siyasətinə reaksiya veribsə, buyurub göstərsinlər.
Yuxarıda adlarını çəkdiklərimiz təsadüfi adamlar deyil, böyük bir qismi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşlarıdır. Rus ekspertlərinin Ermənistanda rus dilinin təhqir olunduğu dövrdə və ondan sonra entuziazmla Ermənistanı müdafiə etmələrini nəzərə alaraq, bu siyasilərin hətta Ermənistandakı bağlı qapı arxasındakı görüşləri zamanı da bu məsələyə münasibət bildirmədiklərini demək olar", - politoloq deyib.

Onun sözlərinə görə, bu siyasilər Ermənistanın antirusiya hərəkətlərinə neqativ reaksiya verə bilməzlər. Söhbət təkcə ermənilərdən aldıqları maliyyələrdən getmir. Onların Moskvadakı və Qərbdəki ermənilərlə digər formada əlaqələri də mövcuddur.

"Ermənistanın Qərbə qaçmasında əsas amil kimi nəqliyyat infrastrukturundakı vəziyyət göstərilir. Böyük bir qrup rusiyalı ekspert Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə haqq qazandırmaqla məşğul olmub. Onlardan heç kim biri Moskva-Bakı-Yerevan dəmir yolunun fəaliyyətə başlamasını gündəliyə gətirməmişdir. İndi Ermənistanın dəmir yollarının Rusiyaya çıxışı olmadığı üçün rentabelli deyil. Ermənistan dəmir yollarının rentabelli olması üçün o, ya Rusiya, ya da Türkiyə vasitəsilə dünya dəmiryolu şəbəkəsinə qoşulmalıdır. Bilərəkdən və ya təsadüfən Rusiya dəmir yollarına qoşulmaq istəməyən Ermənistan dəmir yollarını Fransaya satmaqla Türkiyə vasitəsilə dünya nəqliyyatına qoşulmaq istəyir", - Mərkəz direktoru vurğulayıb.

O bildirib ki, Ermənistanda AES tikintisində Rusiyanın Fransa ilə əvəzlənməsinə də bu kontekstdən yanaşmaq lazımdır.

"Ermənistanda nəqliyyat sistemi və AES-lə bağlı məsələlər başlamazdan əvvəl rus dilinə hücumlar başlanmışdır. Rus dilinin və Rusiyanın digər maraqlarının Ermənistanda sıxışdırılması RF-in tanınmış siyasətçilərinin birbaşa iştirakı ilə baş vermişdir", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti