Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda bu ilin sonuna qədər 5 kiçik müdafiə sənayesi müəssisəsi açılacaq. Bu barədə çərşənbə günü Trend-ə hərbi mənbələrdən məlumat verilib.
Mənbənin sözlərinə görə, müəssisələrdə müdafiə məhsulları və mülki məhsullar istehsal ediləcək. Bu müəssisələr vətəndaşların işə cəlb olunması baxımından əhəmiyyətlidir.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən rəsmi məlumat almaq mümkün olmayıb.
Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi (MSN) 2005-ci ildə yaradılıb. Nazirliyin fəaliyyətə başladığı dövrdən etibarən 30 yeni istehsal sahəsi yaradılıb.
2007-2011-ci illərdə nazirliyin 15 müəssisəsi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycanda kiçik müdafiə sənayesi müəssisələri açılacaq
Azərbaycanda bu ilin sonuna qədər 5 müdafiə sənayesi müəssisəsi açılacaq.
