...

Azərbaycan və Avstraliya arasında hüquq-müqavilə bazasının genişləndirilməsi müzakirə olunub

Siyasət Materials 27 Oktyabr 2011 17:16 (UTC +04:00)
Azərbaycan və Avstraliya arasında hüquq-müqavilə bazasının genişləndirilməsi müzakirə olunub.
Azərbaycan və Avstraliya arasında hüquq-müqavilə bazasının genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Avstraliya arasında hüquq-müqavilə bazasının genişləndirilməsi müzakirə olunub. Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu barədə məsələ cümə axşamı xarici işlər naziri Elmar Məmmədyarovun Avstraliyanın iqamətgahı Ankarada olmaqla Azərbaycanda akkreditə olunmuş səfiri İan Biqslə görüşündə müzakirə olunub.

Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, habelə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

Səfir Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və Azərbaycana uğurlar arzulayıb.

Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası və ölkəmizin müxtəlif regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı barədə Avstraliya səfirinə məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə danışan nazir münaqişənin həllində beynəlxalq ictimaiyyət tərəfindən yaranmış status-kvonun saxlanılmasının qəbuledilməz olduğunu qeyd edib və münaqişənin nizamlanması üçün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.

Səfir İan Biqs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib və münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti