...

Kəşfiyyatçıların "oyunu" Qəddafinin cəbbəxanasındakı kütləvi qırğın silahlarının tükənməsi ilə başa çatıb

Siyasət Materials 1 Noyabr 2011 17:51 (UTC +04:00)
2003-cü ildə İngiltərənin Kotsould təpələrindəki "The Bay Tree" hotelində Liviya, Böyük Britaniya və ABŞ kəşfiyyat xidmətlərinin üç yüksəkrütbəli rəhbərinin gizli görüşü keçirilib.
Kəşfiyyatçıların "oyunu" Qəddafinin cəbbəxanasındakı kütləvi qırğın silahlarının tükənməsi ilə başa çatıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

2003-cü ildə İngiltərənin Kotsould təpələrindəki "The Bay Tree" hotelində Liviya, Böyük Britaniya və ABŞ kəşfiyyat xidmətlərinin üç yüksəkrütbəli rəhbərinin gizli görüşü keçirilib. Trend-in məlumatına görə, bu barədə "The Times" Qəddafinin devrilməsindən sonra Tripolinin aşkar etdiyi məxfi sənədlərə istinadən yazır.

"Həmin sənədlər göstərir ki, Liviya kəşfiyyatının rəhbəri Musa Kusa, Mİ-6-nın yüksəkrütbəli əməkdaşı Mark Allen və MKİ-nin nümayəndəsi Stiv Kepps Müəmmər Qəddafinin nüvə, kimyəvi və bioloji silah yaratmaqla bağlı planlarının pozulmasını müzakirə ediblər", - jurnalist Debor Heyns yazır. Bu, noyabrın 20-də olub. Dekabrın 19-da isə Qəddafi rejimi açıq şəkildə nüvə, kimyəvi və bioloji silah hazırladığını etiraf edib və istehsalı dayandıracağına and içib.

Qəzetin tanış olduğu sənədlər ABŞ və Britaniyanın Liviya tərəfındən kütləvi qırğın silahlarının istehsalına son qoyulması üçün hansı təsir vasitələrindən istifadə etdiklərinin üzərinə işıq salır. Danışıqların protokoluna görə, Kepps məlumat verir ki, 2002-ci ilin fevralında MKİ Kasablankada "həyət itləri"nin köməyi ilə hansısa liviyalı alimin Pakistanın nüvə silahını atası doktor Xanla danışıqlarını lentə yazıb. "Söhbət nüvə silahının hazırlanması üçün komplektləşdiricilərdən, o cümlədən sentrifuqlar və uran haqqında gedib", - məqalədə deyilir.

MKİ əməkdaşı ABŞ-ın o zamankı dövlət katibi Pauellin BMT-də həmin söhbəti xatırlaya biləcəyinə işarə edib. "Bu, demək olar, pərdələnməmiş təhdid idi", - qəzet yazır.

Lakin Kepps dərhal qeyd edib ki, danışıqlarda məqsəd Qəddafinin oğlu Seyf əl-İslamın təşəbbüsü əsasında Tripoli ilə münasibətlərin bərpası idi. O, Liviyanın nümayəndəsinə Buşun Qəddafiyə şəxsi məktubunu təqdim edib. "Prezident məni inandırdı ki, onun məktubunun Qəddafiyə fərdi qaydada, sanki onun fərdi portfeli kimi təqdim olunmasını istəyir", - Kepps əlavə edib. Protokolda Toni Bleyerin də Liviyada KQS-in istehsalının dayandırılmasında çox maraqlı olduğu göstərilir.

İkinci sənəddə hər üç tərəfin 2003-ci il dekabrın 16-da Londonda əldə etdiyi yekun razılaşmanın təfərrüatları açıqlanıb. "Liviya aydın şəkildə etiraf edir ki, nüvə, kimyəvi və bioloji silah yaratmaqla bağlı planlara malikdir; bu silahları məhv edir, müvafiq beynəlxalq təşkilatlarla əlaqə yaradır və əməkdaşlıq edir", - məqalədə deyilir. ABŞ və Britaniya bəyanatı şəxsən Qəddafinin bəyan etməsini təkid etsələr də, nəticədə bəyanat Liviya XİN-in adından yayılıb: Qəddafi heç də hər şeydə təzyiqlə razılaşmırdı.

Xəbər lenti

Xəbər lenti