...

Gəncə şəhərinin polis sistemində kadr dəyişiklikləri olub

Siyasət Materials 10 Noyabr 2011 10:08 (UTC +04:00)
Gəncə şəhərinin polis sistemində kadr dəyişiklikləri baş verib.
Gəncə şəhərinin polis sistemində kadr dəyişiklikləri olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/

Gəncə şəhərinin polis sistemində kadr dəyişiklikləri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Ağahüseyn Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Ədalət Sadıxov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə rəis təyin olunub.

Məmmədov bundan öncə Nizami rayon Polis İdarəsinin rəisi, Sadıxov isə Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti