...

Mario Monti İtaliyanın Baş naziri təyin olunub

Siyasət Materials 13 Noyabr 2011 23:09 (UTC +04:00)
İtaliya Prezidenti Corcio Napolitano ölkənin Antiinhisar Komitəsinin sabiq rəhbəri Mario Montini Baş nazir vəzifəsinə təyin edib.
Mario Monti İtaliyanın Baş naziri təyin olunub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

İtaliya Prezidenti Corcio Napolitano ölkənin Antiinhisar Komitəsinin sabiq rəhbəri Mario Montini Baş nazir vəzifəsinə təyin edib.

Trend-in DPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Monti təyinatını artıq qəbul edib.

İtaliyanın Baş naziri Silvio Berluskoni dünən axşam saatlarında istefa verib.

Berluskoni ölkə Prezidenti Corcio Napolitanoya istefa ərizəsini təqdim etmək üçün Kvirinal sarayına gəlib. Prezident və Baş nazir arasında söhbət 40 dəqiqə çəkib.

Xəbər lenti

Xəbər lenti