...

Çexiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda səfərdədirlər

Siyasət Materials 16 Noyabr 2011 17:13 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyində çərşənbə günü Çexiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Strategiyası Departamentinin direktoru Petr Çexin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Çexiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycanda səfərdədirlər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir M.Əliyev/

Müdafiə Sənayesi Nazirliyində çərşənbə günü Çexiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Strategiyası Departamentinin direktoru Petr Çexin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlara nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti