...

ABŞ yarım saat ərzində dünyanın istədiyi yerinə zərbə endirə biləcək silah hazırlayıb

Siyasət Materials 19 Noyabr 2011 10:59 (UTC +04:00)
ABŞ yarım saat ərzində dünyanın istədiyi yerinə zərbə endirə biləcək silah hazırlayıb
ABŞ yarım saat ərzində dünyanın istədiyi yerinə zərbə endirə biləcək silah hazırlayıb

Azərbaycan, Bakı, 19 noyabr/Trend, müxbir M.Salmanov/

ABŞ ordusu səsdən beş qat sürətlə hərəkət edən və dünyanın istənilən bir yerinə 30 dəqiqə ərzində zərbə endirmə potensialına malik silah hazırladığını açıqlayıb. Bu barədə şənbə günü Trend "Hürriyət" qəzetinə istinadən məlumat verir.

Qabaqcıl "Hiper səsli" adlı silah dünən aparılan sınaqlardan uğurla çıxıb.

Məlumata əsasən, yerli vaxtla saat 11:30-da Havay adalarından qaldırılan raket Sakit okeanı üzərindən cənub-qərbə doğru istiqamət alıb. Atmosferin xarici qatlarında hərəkət edən raket 2500 mil uzaqlıqdakı Marşal adalarında yerləşən Kvacaleyn atolluna zərbə endirməyi bacarıb.

Xəbər lenti

Xəbər lenti