...

Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

Siyasət Materials 15 Dekabr 2011 19:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Bəhreyn Kralını təbrik edib

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

"Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bəhreyn arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Həməd bin İsa Al Xəlifəyə ən xoş arzularını yetirib, dost Bəhreyn xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti