...

İlham Əliyev Almazbek Atambayevlə görüşüb

Siyasət Materials 21 Dekabr 2011 20:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşüb.
İlham Əliyev Almazbek Atambayevlə görüşüb

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşüb.

Görüşdə dövlətimizin başçısı Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi, ona uğurlar arzuladı.

Dövlətlərimiz arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən Prezident İlham Əliyev əminliyini bildirdi ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcək.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işləri xatırladan Almazbek Atambayev Prezident İlham Əliyevin ulu öndərin layiqli davamçısı olduğunu dedi, Azərbaycanda, paytaxt Bakıda son 20 ildə böyük dəyişikliklərin baş verdiyini vurğuladı.

İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Qırğızıstan Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Xəbər lenti

Xəbər lenti