...

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 24 Dekabr 2011 14:49 (UTC +04:00)
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend-in Prezidentin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, Dmitri Medvedev dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığımızın inkişafı baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti