...

ABŞ regionla bağlı siyasətini tamamilə ermənilərin ixtiyarına verib - politoloq

Siyasət Materials 6 Yanvar 2012 14:22 (UTC +04:00)
ABŞ-ın regional siyasəti, o cümlədən Azərbaycanla bağlı siyasəti ziddiyyətli olub, regionla bağlı siyasətini tamamilə ermənilərin ixtiyarına verib.
ABŞ regionla bağlı siyasətini tamamilə ermənilərin ixtiyarına verib - politoloq

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın regional siyasəti, o cümlədən Azərbaycanla bağlı siyasəti ziddiyyətli olub, regionla bağlı siyasətini tamamilə ermənilərin ixtiyarına verib. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu cümə günü Trend BİA-nın konfrans zalında keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bir neçə erməni əsilli ABŞ vətəndaşının Dövlət Departamentində və Ağ Ev Administrasiyasında vəzifəyə çəkilməsi ilə bağlı ciddi ehtimallar mövcuddur.

"ABŞ Azərbaycanın Dağlıq Qarabağ məsələsini arxa plana keçirib. Xəzər məsələsini aktuallaşdırıb, problemə çevirməyə cəhd edib. Bu da bir daha ABŞ-ın Azərbaycanla bağlı siyasətinin ermənilər tərəfindən idarə olunduğunun sübutudur", - Əhmədoğlu qeyd edib.

Politoloq bildirib ki, Metyu Brayzanın ermənilərin arzusuna uyğun olaraq, Azərbaycana səfir təyin edilməməsi və iki illik fasilədən sonra ABŞ-ın yenidən Dağlıq Qarabağa birbaşa yardım ayrılmasını bərpa etməsi də Barak Obama Administrasiyasının ermənilərdən asılılığının ən bariz sübutlarındandır.

Xəbər lenti

Xəbər lenti