...

Qazaxıstan prezidenti parlament seçkilərində səs verib

Siyasət Materials 15 Yanvar 2012 10:49 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Məclisə (parlamentin aşağı palatası) keçirilən seçkilərdə səs verib.
Qazaxıstan prezidenti parlament seçkilərində səs verib

Qazaxıstan, Astana, 15 yanvar /Trend, müxbir L.Podolyak/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Məclisə (parlamentin aşağı palatası) keçirilən seçkilərdə səs verib. Trend-in məlumatına görə, bu barədə xəbəri prezidentin mətbuat xidməti yayıb.

Nazarbayev əmin olduğunu bildirib ki, xalq düzgün seçim edəcək.

Onun sözlərinə görə, açıq və ədalətli seçkilərin keçirilməsi üçün ölkədə bütün lazımi şərait yaradılıb.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.
Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir

Xəbər lenti

Xəbər lenti