...

Avropa Parlamentinin yeni prezidenti seçilib

Siyasət Materials 17 Yanvar 2012 15:14 (UTC +04:00)
Avropa Parlamentinin yeni prezidentinin adı məlum olub.
Avropa Parlamentinin yeni prezidenti seçilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa Parlamentinin yeni prezidentinin adı məlum olub. Trend-in AP-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu, almaniyalı sosialist Martin Şultsdur.

O, bu vəzifəyə 387 səslə seçilib. Şults 2014-cü ilin iyun ayına qədər Avropa Parlamentinə rəhbərlik edəcək.

Martin Şults 1955-ci il dekabrın 20-də Almaniyanın Helrat (Hehlrath) şəhərində anadan olub.

Xəbər lenti

Xəbər lenti