...

Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 20 Yanvar 2012 10:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M. Əliyev/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti