...

Davosda İlham Əliyevlə Viktor Yanukoviçin görüşü olub (FOTO)

Siyasət Materials 26 Yanvar 2012 19:01 (UTC +04:00)
Davosda cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub.
Davosda İlham Əliyevlə Viktor Yanukoviçin görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Davosda cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd edildi.

Xəbər lenti

Xəbər lenti