...

Azərbaycanda DSK-lar seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar

Siyasət Materials 6 Fevral 2012 12:17 (UTC +04:00)
Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Azərbaycanda DSK-lar seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir M.Əliyev/

Azərbaycanda dairə seçki komissiyaları (DSK) seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıblar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Bu il yanvar ayının əvvəllərindən etibarən məntəqə seçki komissiyaları müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışdı.

Seçki qanunvericiliyinə əsasən, ən geci aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. MSK-nın məlumatında bildirilir ki, Komissiya həmin vaxtdan etibarən seçici siyahılarını yoxlayacaq, uyğunsuzluq aşkar edildikdə onların dürüstləşdirilməsi üçün lazımi addımlar atacaq. Sonra isə siyahılar təsdiq edilmək üçün aşağı seçki komissiyalarına təqdim olunacaq. Bu proses may ayının sonuna qədər yekunlaşacaq.

MSK-nın məlumatında bildirilir ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqə seçki komissiyaları fevralın 5-dək sözügedən prosesi yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq dairə seçki komissiyaları seçki dairələri hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi işinə start veriblər.

Xəbər lenti

Xəbər lenti