...

Azərbaycanın İrandakı səfiri İran XİN-ə çağırılıb

Siyasət Materials 29 Fevral 2012 09:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend /

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov dünən İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend IRNA agentliyinə istinadən xəbər verir ki, Axundovu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi qəbul edib və ondan Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyi xahiş edib.

Xəbər lenti

Xəbər lenti