...

İran regionda sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır - XİN rəhbəri

Siyasət Materials 7 Mart 2012 16:33 (UTC +04:00)
Azərbaycan və İranın ümumi tarixi var və hər bir ölkə yaranan problemləri həll etməyə çalışır.
İran regionda sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır - XİN rəhbəri

Azərbaycan, Naxçıvan, 7 mart /Trend, müxbir E.Hüseynov/

Azərbaycan və İranın ümumi tarixi var və hər bir tərəf yaranan problemləri həll etməyə çalışır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Naxçıvanda keçirilən Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşünün yekunları üzrə İranın xarici işlər naziri Əli Əkbər Salehi iki ölkənin qarşılıqlı münasibətlərində müşahidə olunan pisləşməyə dair sualı cavablandırarkən deyib.

"Biz regionda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasını istəyirik. Biz istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll olunsun", - Salehi bildirib.

O qeyd edib ki, İranla Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. "Və biz dövlətlərin münasibətlərini kütləvi informasiya vasitələrinin məlumatı əsasında təhlil etməməliyik", - İran XİN rəhbəri deyib.

"Siz münasibətlərin [Azərbaycanla İran arasında] yaxşılaşmasının şahidi olacaqsınız", - Salehi bildirb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dediyi kimi, İran XİN rəhbəri ilə ikitərəfli danışıqlar aparılıb, həmin danışıqlarda münasibətlər hərtərəfli müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti