Azərbaycan, Bakı, 9 mart / Trend /
Kanada parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun növbəti iclası keçirilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.
İclasda kanadalı millət vəkilləri, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev və Ottava, Monreal, Toronto və London (Ontario) şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları da iştirak ediblər.
Görüş zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlıq, eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə edilib.