Azərbaycan, Bakı, 12 mart /Trend/
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu ilə görüşüb.
Qonağı Heydər Əliyev Fondunda görməkdən məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva qardaş Türkiyənin Azərbaycan üçün önəmini vurğulayıb.
İlk dəfədir ki, ölkəmizə səfər etdiyini deyən Sare Davudoğlu Azərbaycanda keçirilən "Yeni minillikdə çağdaş dünyamızın müqəddəs vəzifəsi olaraq analığın qorunması" toplantısında iştirak etdiyini bildirib. Sare Davudoğlu bu toplantının qadın xəstəlikləri ilə mübarizə sahəsindəki önəmini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüş çərçivəsində "Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı"nın təsis etdiyi "Türk Dünyasına xidmət" mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim edib.