...

Milanda Azərbaycan və İtaliyanın hakim partiyalarının rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 13 Mart 2012 15:24 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.
Milanda Azərbaycan və İtaliyanın hakim partiyalarının rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.

Trend-in partiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyanın keçmiş Baş naziri, "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoninin dəvəti ilə Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.

Səfər çərçivəsində martın 12-də YAP-ın sədr müavini Əli Əhmədov Milan şəhərində, Avropa Xalq Partiyasının aparıcı siyasi partiyalarından olan "Popolo della Liberta" partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşüb.

Görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, Yeni Azərbaycan Partiyası ilə "Popolo della Liberta" partiyası arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Həmçinin, Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib.

Görüşdə Milli Məclisin deputatları, YAP Xarici əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti