...

Əhmədinejad impiçment təhlükəsi ilə üzləşə bilər - parlament

Siyasət Materials 14 Mart 2012 15:52 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad parlament tərəfindən mümkün impiçment təhlükəsi ilə üzləşib.
Əhmədinejad impiçment təhlükəsi ilə üzləşə bilər - parlament

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad parlament tərəfindən mümkün impiçment təhlükəsi ilə üzləşib. Trend-in çərşənbə günü "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Prezidentə sualların siyahısını tərtib edən parlamentarilərin mətbuat nümayəndəsi Mustafa Rza Hüseyni bildirib.

Bir müddət əvvəl Əhmədinejad parlamentdə deputatların suallarını cavablandırıb. Parlamentin bir sıra üzvləri Prezidentin cavablarını "qeyri-qənaətbəxş" qiymətləndiriblər.

İran Prezidenti bu gün mühafizəkar ruhda köklənmiş deputat qrupunun suallarına cavab vermək üçün parlamentə dəvət edilib. Onlar Əhmədinejaddan iqtisadi və administrativ siyasət üzrə hesabat tələb ediblər.

Prezident, mühafizəkarların fikrincə, "uğursuz" iqtisadi siyasət, ölkənin dini lideri Əli Xamneyiyə qeyri-loyallıq, islam əxlaq məcəlləsində yolverilməz zəiflik göstərmək ittihamları daxil olmaqla, çoxlu iradlar eşidib.

Deputat Əli Müttəhəri Əhmədinejada 10 sual verib və onu Prezident Administrasiyasının vaxta riayət etməməsi və parlamentin qərarını yerinə yetirməməsində təqsirləndirib.

Hüseyni məlumat verib ki, Prezident artıq bütün suallara cavab verib və əlavə edib ki, parlament indiyə qədər Əhmədinejada impiçment təqdim etmək məsələsini həll etməyib.

Sonradan Prezidentə verilən sualların müəllifləri xüsusi iclas keçirəcək və iclas zamanı impiçment məsələsi də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti