Azərbaycan, Bakı, 16 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Bahar Muradovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Bahar Əvəz qızı Muradova "Şöhrət" ordeni ilə təltif edilsin.