Azərbaycan, Bakı, 28 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri martın 27-də başa çatmışdır.
Seulun Gimpo beynəlxalq aeroportunda Prezident İlham Əliyevi Koreya Respublikasının yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola saldılar.
Dövlətimizin başçısı martın 28-də Bakıya qayıtmışdır.