...

Bəşşar Əsədin hakimiyyətdə qalması qeyri-mümkündür - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 1 Aprel 2012 15:24 (UTC +04:00)
Bəşşar Əsədin hakimiyyətdə qalması qeyri-mümkündür. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Suriyanın dostları" konfransının açılışı zamanı bildirib.
Bəşşar Əsədin hakimiyyətdə qalması qeyri-mümkündür - Rəcəb Tayyib Ərdoğan

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir R.Hafizoğlu/

Bəşşar Əsədin hakimiyyətdə qalması qeyri-mümkündür. Trend-in TRT Haber telekanalına istinadən verdiyi məlumata görə, bunu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Suriyanın dostları" konfransının açılışı zamanı bildirib.

Onun sözlərinə görə, öz xalqına qarşı güc tətbiq edən istənilən rejim hakimiyyətdə qala bilməz. Ərdoğan bütün ölkələri Əsəd rejiminə qarşı konkret addımlarla çıxış etmələrinə çağırıb. O qeydi edib ki, son vaxtlar Suriyalı qaçqınların sayı 2 min nəfərə çətmışdır.

Bu gün Türkiyənin İstanbul şəhərində "Suriyanın dostları" konfransı keçirilir.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

BMT nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 9 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıblar.

Xəbər lenti

Xəbər lenti