...

Segey Lavrov: İranda hərbi əməliyyatların başlama ehtimalı regional kontekstdə də təhlükəsizliyə təhdiddir

Siyasət Materials 2 Aprel 2012 19:08 (UTC +04:00)
İranda hərbi əməliyyatların başlama ehtimalı birbaşa bütün regionun təhlükəsizliyinə toxunacaq.
Segey Lavrov: İranda hərbi əməliyyatların başlama ehtimalı regional kontekstdə də təhlükəsizliyə təhdiddir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İranda hərbi əməliyyatların başlama ehtimalı birbaşa bütün regionun təhlükəsizliyinə toxunacaq. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir vurğulayıb ki, əgər hadisələrin gedişatı ən pis şəkildə dabam etsə və hərbi güc tətbiq edilsə, bu, təkcə Ermənistanın deyil, həm də Azərbaycanın təhlükəsizliyinə toxunacaq. Belə ki, İranda yaşayan azərbaycanlıların sayı Azərbaycanın özündə yaşayanlardan çoxdur.

"Hazırkı dövlətə qarşı hərbi gücün tətbiqinin onların yaşayışına necə təsir göstərəcəyini əvvəlcədən söyləmək çətindir, lakin qaçqın axınının yaranacağı şübhəsizdir", - Lavrov mətbuat konfransında deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, o da aydındır ki, bu qaçqınların əksər hissəsi Rusiya ərazisində olacaq. Çünki Rusiyada böyük Azərbaycan diasporu var.

"Regional kontekstdə, ərəb dünyasında təhlükəsizlik təhdidə məruz qalacaq. Burada o qədər detallar var ki, nəticələri söyləmək çətindir. Təkcə o aydındır ki, nəticələr olduqca ciddi və mənfi olacaq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti