Azərbaycan, Bakı, 4 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Çexiya Respublikasına dövlət səfərinə yola düşüb.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.