...

Ermənistanda 3 minə yaxın "ölü can" seçici siyahısından çıxarılıb

Siyasət Materials 17 Aprel 2012 16:05 (UTC +04:00)
3 minə yaxın "ölü can" barədə məlumatlar artıq Ermənistanın seçici siyahısından çıxarılıb.
Ermənistanda 3 minə yaxın "ölü can" seçici siyahısından çıxarılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

3 minə yaxın "ölü can" barədə məlumatlar artıq Ermənistanın seçici siyahısından çıxarılıb. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan polisinin Pasportlar və Vizalar İdarəsinin rəisi Ovannes Koçaryan çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

Polisin dəqiqləşdirilmiş məlumatına görə, Ermənistanın seçici siyahısında 2 482 593 nəfər var.

Koçaryanın sözlərinə görə, siyahıya daxil edilmiş təxminən iki minə yaxın adamın öldüyü məlum olub, təxminən min vətəndaş isə əhalinin dövlət qeydiyyatı uçotundan çıxarılıb.

"Bu qeyri-dəqiqliklərin mövcudluğu VVAQ-nin təqdim etdiyi səhv məlumatlarla bağlıdır. Ölən vətəndaşların qohumları da qismən günahkardırlar. Belə ki, onlar müəyyən olunmuş qaydada sənədləri VVAQ-a təqdim etmirlər. Bundan əlavə, bir çox vətəndaşların ölümü xaricdə qeydiyyata alınır", - o deyib.

Koçaryan həmçinin izah edib ki, necə olub ki, seçici siyahısında təxminən 2,4 milyon insan olduğu halda, ilkin operativ göstəriciyə uyğun olaraq, əhalinin siyahıya alınması zamanı ölkədə yaşayan adamların sayı 2,8 milyon təşkil edib.

"İş burasındadır ki, siyahıyaalma zamanı 414 minə yaxın qeydə alınan adam faktiki olaraq yaşayış yerində olmayıb. Siyahıyaalan bu adamları şəxsən görməyib, lakin onlar ölkədə və ya xaricdə daimi və ya müvəqqəti ola bilərlər. Əminəm ki, 2012-ci ilin oktyabrında siyahıyaalmanın yekun nəticələri ümumiləşdirildikdən sonra ölkədə yaşayan əhalinin operativ göstəriciləri daha yüksək olacaq", - Koçaryan qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, qeyri-dəqiqliklərin əksəriyyəti vətəndaşın uzun müddət ölkədə olmaması ilə əlaəqdar məlumat verməməsi, əhalinin dövlət reyestrinin uçotunda qalması, bundan sonra da avtomatik olaraq seçici siyahısına düşməsi üzündən baş verir.

2011-ci il oktyabrın 12-dən 21-dək Ermənistanda siyahıyaalma zamanı ölkədə yaşayan əhalinin ilkin operativ göstəricisi 2 871 509 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti