...

Dövlət Sərhəd Xidmətinin yeni hərbi texnikasına baxış keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 19 Aprel 2012 15:10 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin Səngəçaldakı N saylı hərbi hissəsində yeni alınan hərbi texnikaya baxış keçirilib, onlar döyüş sırasına daxil edilib.
Dövlət Sərhəd Xidmətinin yeni hərbi texnikasına baxış keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir K.Zərbalıyeva/

Dövlət Sərhəd Xidmətinin Səngəçaldakı N saylı hərbi hissəsində yeni alınan hərbi texnikaya - kobra tipli zirehli döyüş maşını, "Landrover" tipli şəxsi heyəti daşıyan zirehli maşın, "Landrover 110" tipli özəl hərəkət maşını və Mİ-35, Mİ-17, Mİ-8 tipli helikopterlərə baxış keçirilib, onlar döyüş sırasına daxil edilib.

Trend-in məlumatına görə, yeni texnikaya baxışda Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev iştirak edib.

Orada nümayiş etdirilən zirehli döyüş helikopterləri və döyüş texnikalarının taktiki, texniki imkanları barədə məlumat verilib. Bildirilib ki, bu texnikalar müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub.

Bundan sonra Mİ-35 tipli helikopterlərin nümunəvi uçuşu nümayiş etdirilib.

Uçuş zamanı 45 dərəcə bucaq altına forsajlı döngələr, şığıma, yüksəlmə, döyüş dönməsi, dönmə uçuşu və digər mürəkkəb elementlər uğurla icra edilib.

Elçin Quliyev qarşıya qoyulan vəzifələrin daha da yüksək səviyyədə yerinə yetirilməsi, döyüş sıralarına yeni daxil edilən texnikaların səmərəli tətbiqinə dair müvafiq tapşırıqlar verib. Quliyev Mİ-35 helikopterlərinin nümunəvi uçuşları zamanı peşəkarlıq göstərən heyət üzlərinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti