...

Prezident İlham Əliyev Bakıda həyata keçirilən yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 25 Aprel 2012 20:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Bakıda həyata keçirilən yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı funikulyorunun əsaslı şəkildə yenidən qurulması, Dağüstü Parkda İstiqlal muzeyinin inşası və Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə bağlı həyata keçirilən işlərin gedişi ilə tanış olub.

Prezident İlham Əliyevə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin təmiri, abidənin ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev Bakı funikulyorunun "Şəhidlər xiyabanı" stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış oldu. Yeni funikulyorun müasir standartlara uyğun layihə əsasında işlənib hazırlandığı qeyd edildi. Dövlətimizin başçısı Bakı funikulyorunun "Bəhram Gur" stansiyasında görülən işlərin gedişi ilə də yaxından tanış oldu, yeni gətirilmiş vaqonlara baxdı. Prezident İlham Əliyev funikulyorun ətraf ərazilərində də abadlıq işlərinin aparılması ilə bağlı göstərişlər verdi.

Dövlətimizin başçısı Dağüstü parkda inşa olunan İstiqlal muzeyinin tikinti işlərinin gedişi ilə də maraqlandı. Burada görülən işlər barədə Prezidentə məlumat verildi. Dövlət başçısı Dağüstü parkdan Dənizkənarı Milli Parkın ərazisinə baxdı. Sonra Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın genişləndirilmiş ərazisində görülən işlərin gedişi ilə yerindəcə tanış oldu. Burada həyata keçirilən işlər barədə də dövlətimizin başçısına məlumat verildi. Abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti