...

Azərbaycanın xarici işlər naziri Niderlanda səfər edəcək

Siyasət Materials 30 Aprel 2012 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu il Niderlanda rəsmi səfəri gözlənilir.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Niderland Kraliçasının Təvəllüd gününə həsr edilmiş mətbuat konfransında Niderlandın ölkəmizdəki səfir Aryen Uyterlinde bildirib.

Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, bu il Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyidir.

Səfir deyib ki, ikitərəfli münasibətlər, xüsusən siyasi, iqtisadi və humanitar sahələrdəki münasibətlər hər iki ölkədə səfirliklərin açılmasından sonra möhkəmlənib.

"Dağlıq Qarabağ məsələsi həmişə ikitərəfli siyasi danışıqlarımızın gündəliyindədir. Niderland bu məsələdə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir və ümid edir ki, münaqişə sülh yolu ilə həll ediləcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti