...

Əli Əhmədov: Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur

Siyasət Materials 3 May 2012 11:42 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur.
Əli Əhmədov: Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Almaniyanın bəzi mətbuat orqanları Azərbaycanla bağlı qərəzlərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar.

"Azərbaycanda da bəzi kütləvi informasiya vasitələri buna cavab veriblər. Hesab edirəm ki, iki ölkənin KİV-ləri arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxilə etməsinə heç bir lüzum yox idi, bu, yersiz və yolverilməz idi. Düşünürdüm ki, Almaniya səfiri bu hadisələrin fövqündə dayanan bir mövqe seçəcək. Amma təəssüflə bildirmək istəyirəm ki, səfir tərəflərdən birinin mövqeyini tutdu, Almaniyanın bəzi KİV-lərinin qərəzli mövqeyinin tərəfini tutdu. Beləliklə də özünü bu prosesin içində göstərdi. Ona görə də bundan inciməyə, buna başqa cür qiymət verməyə onun haqqı yoxdur", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti