...

Isveçdə və Hollandiyada İranın anti-Azərbaycan siyasətinə qarşı etiraz aksiyaları keçirilib (FOTO)

Siyasət Materials 21 May 2012 03:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend/

İsveç azərbaycanlıları Kongresinin üzvləri İranın Azərbaycanın daxili işlərinə və başqa ölkələr ilə münasibələrə daimi qarışmaya və İran siyasətçilərinin Azərbaycana qarşı sərt söyləmələrinə etiraz əlaməti olaraq bazar günü Stokholmda İran İslam Respublikasının səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Kongresdən Trend-ə verdiyi məlumata görə, aksiyada Şimal və Güney azərbaycanlılar iştirak ediblər. Tədbirin iştirakçıları İran siyasətçilərin Azərbaycana qarşı son söyləmələrinə və İranın Azərbaycanın daxili işlərinə daimi qarışmaya öz narazılığı ifadə ediblər.

İsveçdə müxtəlif Azərbaycan təşkilatların nümayəndələri Güney Azərbaycanda yaşayan azərbaycanlının ana dilində təhsil almaq hüququnu İran rejimindən tələb ediblər.

Aksiyada Şimal və Güney Azərbaycanın azadlıq himnləri səsləndirilib.

Benelüks Azərbaycanlıları Konqresindən Trend-ə daxil olan məlumata görə, bazar günü Haaqada da parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

Məlumatda qeyd edilir ki, Benilüks Azərbaycanlıları Konqresi İranın apardığı anti Azərbaycan təbliğatını birmənalı şəkildə pisləyir, bunu əslində müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarşmaq kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti