Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 11:44-də yayılıb)
Azərbaycan, Bakı, 22 may /Trend/
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bərhami Tehrana çağırılıb. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.
Məlumata görə, diplomat məsləhətləşmələr üçün Tehrana çağırılıb.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əhməd Neməti səfirin çağırıldığını təsdiqləyib və hazırda onun məsləhətləşmələrin aparılması üçün Tehranda olduğunu bildirib.