...

İran Səudiyyə Ərəbistanına etiraz notası təqdim edib

Siyasət Materials 30 May 2012 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri iki dəfə İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və nazirlikdə ona etiraz notası təqdim edilib. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü İran xarici işlər nazirinin müavini Həsən Qaşkavi bildirib.

"Səudiyyə Ərəbistanının Tehrandakı səfiri sonuncu dəfə XİN-ə ötən cümə axşamı çağırılıb və ona Səudiyyə Ərəbistanında iranlı dustaqların edam ediləcəyi haqqında məlumatlarla bağlı nota təqdim edilib", - Qaşkavi deyib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi bu məsələ ilə bağlı qarşı tərəfdən olan həmkarı Feysəl əs-Saud ilə bir sıra telefon danışıqları aparıb.

Qaşkavi onu da qeyd edib ki, Səudiyyə Ərəbistanı iranlı dustaqların edamı məsələsində ər-Riyadın mövqeyinin aydınlaşdırılması ilə bağlı İranın tələblərinə hələ də cavab verməyib.

Xəbər lenti

Xəbər lenti