...

Elmar Məmmədyarov: Azərbaycan ABŞ ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa davam edəcək

Siyasət Materials 6 İyun 2012 19:28 (UTC +04:00)
Azərbaycan ABŞ ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq etməkdə davam edəcək.
Elmar Məmmədyarov: Azərbaycan ABŞ ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa davam edəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ABŞ ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində sıx əməkdaşlıq etməkdə davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Heydər Əlyev Beynəlxalq Hava Limanında ABŞ-ın dövlət katibi Hillari Klinton ilə birgə onun Bakıya səfərinin yekunları üzrə keçirilən brifində bildirib.

"Ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi mövqeyində qətiyyətlə dayanan gənc Azərbaycan dövləti gələcəkdə də ölkədə mədəni, inkişaf etmiş vətəndaş cəmiyyətinin tərəqqisi üçün hər cür səy göstərməyə hazırdır", - Məmmədyarov deyib.

XİN rəhbəri qeyd edib ki, ABŞ dövlət katibi ilə danışıqlarda əsas məsələlər təhlükəsizlik, enerji və demokratik proseslər olub.

"Dağlıq Qarabağ münaqişəsi danışıqların ayrıca mövzusunu təşkil edib", - nazir əlavə edib.

Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi münaqişənin həlli il bağlı mövqeyini açıqlayıb. Mövqeyimiz ondan ibarətdir ki, indiki vəziyyət uzun müddət davam edə bilməz.

"Biz bu məsələdə ABŞ-ın fəal roluna ümid edirik", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti