...

Mübariz Qurbanlı: Beynəlxalq təşkilatlar Ermənistana qarşı siyası sanksiyalar tətbiq etməlidir

Siyasət Materials 22 İyun 2012 10:40 (UTC +04:00)
Beynəlxalq təşkilatların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər"lə bağlı sərt mövqe ortaya qoyub, siyasi xarakterli sanksiyaların tətbiq edilməsinin zamanı çatıb. Belə olarsa, hesab edirəm ki, gələcəkdə Ermənistan bu cür saxta "seçkilər"in keçirilməsinə yol verməyəcək
Mübariz Qurbanlı: Beynəlxalq təşkilatlar Ermənistana qarşı siyası sanksiyalar tətbiq etməlidir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası beynəlxalq təşkilatları Ermənistana qarşı siyası sanksiyaları tətbiq etməyə çağırıb.

"Beynəlxalq təşkilatların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən "seçkilər"lə bağlı sərt mövqe ortaya qoyub, siyasi xarakterli sanksiyaların tətbiq edilməsinin zamanı çatıb. Belə olarsa, hesab edirəm ki, gələcəkdə Ermənistan bu cür saxta "seçkilər"in keçirilməsinə yol verməyəcək" Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və işğal olunmuş ərazidə hansı bir "seçki"nin keçirilməsi beynəlxalq hüquq norma və prinsiplərinə ziddir.

"Dünyada mövcud qanun və qaydalar var. Yalnız Azərbaycanın ərazisi deyil, ayrı-ayrı ölkələrdə də işğal olunmuş ərazilər var. BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və sənədlər var ki, həmin sənədlər işğal olunmuş ərazilərdə "seçki"nin keçirilməsini qəbul etmir" Qurbanlı əlavə edib.

Xəbər lenti

Xəbər lenti