...

Azərbaycan Prezidenti Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul edib

Siyasət Materials 2 İyul 2012 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçevi qəbul edib.
Azərbaycan Prezidenti Bolqarıstan Konstitusiya Məhkəməsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçevi qəbul edib.

İki il bundan əvvəl ölkəmizə səfər etdiyini xatırlayan Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Yevgeni Taniçev Azərbaycanda keçirilən "Evrovision" mahnı müsabiqəsinin və Krans Montana Forumunun beynəlxalq əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı ölkəmizin əldə etdiyi nailiyyətləri dünyaya göstərmək üçün bu cür beynəlxalq müsabiqə və forumların önəmini qeyd etdi, gələcəkdə belə beynəlxalq tədbirlərin mütəmadi olaraq keçiriləcəyini dedi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən Konstitusiya məhkəmələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti