...

Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu seçib - NATO-nun xüsusi nümayəndəsi

Siyasət Materials 5 İyul 2012 15:40 (UTC +04:00)
Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu seçib - NATO-nun xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Strategiya baxımdan Azərbaycan NATO ilə möhkəm tərəfdaşlıq münasibətlərini seçib və biz bunu dəstəkləyirik", - o deyib.

Gələcəkdə Azərbaycanın NATO-ya üzv olması məsələsinə münasibət bildirən Appaturay qeyd edib ki, qərar qəbul etmək onun səlahiyyətində deyil.

"Lakin bildiyimə görə, Azərbaycan NATO-ya üzv olmağa çalışmır", - o deyib.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi haqqında danışan Appaturay bildirib ki, iki ölkənin çox yaxşı münasibətləri qurulub.

"Türkiyə NATO üçün çox vacib müttəfiqdir və Azərbaycan da NATO üçün çox önəmli tərəfdaşdır. Müttəfiqlər və tərəfdaşlar NATO-dan kənarda birlikdə işləyə bilərlər", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti