...

Əli Həsənov: Rüstəm İbrahimbəyov hesab edirsə ki, bir-iki kino çəkib və bütün ictimaiyyət ona minnətdar olmalıdır, bu, səhv mövqedir

Siyasət Materials 21 İyul 2012 11:19 (UTC +04:00)
Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhvə verə bilən adamlar görməlidir
Əli Həsənov: Rüstəm İbrahimbəyov hesab edirsə ki, bir-iki kino çəkib və bütün ictimaiyyət ona minnətdar olmalıdır, bu, səhv mövqedir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, yeni Kinematoqrafçılar İttifaqının yaranması normaldır.

"Əgər Rüstəm İbrahimbəyov hesab edirsə ki, o bir-iki kino çəkib və bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır, bu, səhv mövqedir" bunu şənbə günü Trend-ə Həsənov kinorejissor Rüstəm İbrahimbəyovun onunla bağlı fikirlərini şərh edərkən deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhvə verə bilən adamlar görməlidir.

Həsənov bəlli bir işlə məşğul olduğunu və özünü bu işdə tapdığını bildirib.

"Həm mənəvi, həm də maddi cəhətdən məni bugünkü vəzifəm qane edir. Nəbzim Azərbaycanın siyasi həyatı ilə birbaşa həmahəngdir. Rüstəm İbrahimbəyovun özü yazıqdır ki, keçmişdə məşğul olduğu və digər sənətkarların istedadı ilə az-çox müvəffəqiyyət qazandığı kino sənəti ilə hazırda məşğul olmaq istədiyi biznes arasında vurnuxur. O nə Moskvada aldadaraq pullarını topladığı iş adamlarının pulunu geri qaytara bilir, nə də ki onlara vəd edib, Bakıda tikmək istədiyi restoranlar layihəsini həyata keçirə bilir. Bax belə bir situasiyada düşünürəm ki, Rüstəm İbrahimbəyovun özü yazıq vəziyyətdədir. Mən onun yerində olsaydım, bir az istirahət edərdim" Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti