...

Suriya müxalifəti böhranın həllinin "Yəmən modeli"nə razıdır

Siyasət Materials 24 İyul 2012 15:12 (UTC +04:00)
Suriya müxalifəti hakimiyyətin prezident Bəşər Əsəddən keçid dövründə hakim rejimin digər nümayəndəsinə verilməsini nəzərdə tutan böhranın həllinin "Yəmən modeli"nə razıdır.
Suriya müxalifəti böhranın həllinin "Yəmən modeli"nə razıdır

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifəti hakimiyyətin prezident Bəşər Əsəddən keçid dövründə hakim rejimin digər nümayəndəsinə verilməsini nəzərdə tutan böhranın həllinin "Yəmən modeli"nə razıdır. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

"Biz Əsədin getməsinə və hakimiyyəti keçid dövründə ölkəni idarə edəcək rejim nümayəndəsinə verməsinə razıyıq", - Suriya Milli Şurasının (SMŞ) nümayəndəsi Corc Səbri bəyanatında bildirib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti