...

İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 13 Sentyabr 2012 17:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib.
İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib.

Səfir Çoi Suk-İn fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu dedi. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirdi. Koreya Respublikasına səfərlərini xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Səfir Çoi Suk-İn Koreya Respublikasının Prezidenti Li Men Bakın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Prezident Li Men Bakın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti