...

Çin Azərbaycanla münasibətlərin hərtərəfli inkişafında maraqlıdır

Siyasət Materials 20 Sentyabr 2012 12:07 (UTC +04:00)
Bu gün Bakıda səfərdə olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər komitəsi üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.
Çin Azərbaycanla münasibətlərin hərtərəfli inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda səfərdə olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər komitəsi üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Trend-in məlumatına görə, Xarici işlər komitəsinin sədri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini komitə sədrinin müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi deputat qrupu qəbul edib.

Fətəliyeva görüşdə bildirib ki, Azərbaycan münasibətlərin hərtərəfli inkişafında aqrar, İKT və turizm sahələrinin inkişafında maraqlıdır. "Bizim qədim tarixi əlaqələrimiz mövcuddur və bu əlaqələrin inkişafı üçün qarşılıqlı səfərlərin artırılması zəruridir", - o deyib.

Dağlıq Qarabağ probleminə toxunan Fətəliyeva bildirib ki, Azərbaycan ölkənin ərazi bütövlüyünü tanıdığı üçün Çinə minnətdardır və qarşılıqlı olaraq Çinin ərazi bütövlüyünü tanıyır.

Görüşdə Li Caosin bildirib ki, Çin də Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlıdır və bunun nəticəsidir ki, son illərdə iqtisadi əlaqələrin həcmi 700 dəfə artıb.

Görüşdə Azərbaycan və Çindən hər iki komitənin üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti