...

İran Xəzəryanı ölkələrin heç biri ilə münaqişəsi olmadığını bəyan edib

Siyasət Materials 27 Sentyabr 2012 14:51 (UTC +04:00)
Xəzəryanı ölkələrin heç biri ilə münaqişəmiz yoxdur, məqsədimiz yalnız xarici müdaxilə olmadan Xəzərin müdafiəsi və təhlükəsizliyinin təminidir.
İran Xəzəryanı ölkələrin heç biri ilə münaqişəsi olmadığını bəyan edib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Cəfərov/

Xəzəryanı ölkələrin heç biri ilə münaqişəmiz yoxdur, məqsədimiz yalnız xarici müdaxilə olmadan Xəzərin müdafiəsi və təhlükəsizliyinin təminidir. Bu sözləri İranın Şimal Donanmasının komandanı admiral Xordad Həkimi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Həkimi deyib ki, Şimal Donanması Xəzərdə İranın iddia etdiyi 20 faiz ərazini əhatə edir və ölkənin neft şirkətinin Xəzərdə neft və qaz yataqlarında hasilat aparması üçün təhlükəsizliyi təmin edir.

O, yaxın gələcəkdə Xəzər dənizində raketlə təchiz olunmuş gəmi və katerlərin istifadəyə veriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti