Azərbaycan, Bakı, 5 oktyabr / Trend, müxbir E.Tariverdiyeva/
II Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərin əməkdaşlığının müzakirəsi üçün meydandır. Bunu cümə günü Trend-ə forumda iştirak edən Yunanıstanın keçmiş xarici işlər naziri Dora Bakoyanis bildirib.
"Mən ötənilki birinci forumda da iştirak etmişəm. Bakı forumu mədəniyyətlərin əməkdaşlığının müzakirəsi üçün meydandır. Bunlar mürəkkəb məsələlərdir və indi Avropadan və dünyanın başqa yerlərindən gəlmiş yaxşı adamlar bu suallara cavab tapmağa çalışacaqlar", - Bakoyanis deyib.
Onun sözlərinə görə, forumu beynəlxalq ictimaiyyət üçün beyin tufanı da adlandırmaq olar.
Qeyd edək ki, oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.