...

Prezident İlham Əliyev "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"ni təsdiq edib

Siyasət Materials 8 Oktyabr 2012 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"ni təsdiq edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev Mərkəzinin Əsasnaməsi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Heydər Əliyev Mərkəzinin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilsin.

Nazirlər Kabinetinə cari ilin sonuna kimi Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin ayrılmasını müvafiq qaydada təmin etmək; 2013-cü il və növbəti illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti