...

Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb

Siyasət Materials 17 Oktyabr 2012 17:07 (UTC +04:00)
Komitədən Trend-ə verilən məlumata görə, mərkəz diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin monitorinqinin aparılması, müvafiq hesabatların və onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması ilə məşğul olacaq. Bundan başqa, Dövlət Komitəsinin sosial şəbəkələrdə səhifələrinin yaradılması, habelə diaspor mövzusu ilə əlaqədar müzakirələr təşkil edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Diasporla İş üzrə Dövlət Komitəsinin İnformasiya Mərkəzi fəaliyyətə başlayıb.

Komitədən Trend-ə verilən məlumata görə, mərkəz diaspor təşkilatlarının nəzdində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin monitorinqinin aparılması, müvafiq hesabatların və onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələrin hazırlanması ilə məşğul olacaq. Bundan başqa, Dövlət Komitəsinin sosial şəbəkələrdə səhifələrinin yaradılması, habelə diaspor mövzusu ilə əlaqədar müzakirələr təşkil edəcək.

Dövlət Komitəsinin rəsmi saytının təkmilləşdirilməsi, sayta gündəlik nəzarət, yeni bölmə və əlavə modulların yaradılması, o cümlədən, saytın elektron xidmətlər üçün uyğunlaşdırılması mərkəzin fəaliyyət istiqamətlərindən biri olacaq.

İnformasiya Mərkəzinin əsas vəzifələri arasında elektron xidmətlərin hazırlanıb təhvil verilməsindən sonra sistemin fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi, elektron xidmətlərlə bağlı müvafiq prosedurların icrasının təmin olunması, yeni elektron xidmətlərin yaradılması və bu sahədən işin gedişatına dair aylıq hesabatların tərtib edilməsi də var.

Diasporla İş üzrə Dövlət Komitəsinin "Ölkəm" jurnalının saytının idarə olunması, sayta mütəmadi olaraq xəbərlərin qoyulması da İnformasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti