...

NATO qoşunlarının Mərkəzi Asiya təchizatı

Siyasət Materials 31 Oktyabr 2012 09:41 (UTC +04:00)
Pakistan öz ərazisindən qoşunların təchizat kanalını bağlayanda, təkcə bu səbəbdən Əfqanıstanda yerləşən NATO-nun 150 minlik qüvvəsi hər hansı döyüş missiyasını yerinə yetirmək imkanından məhrum oldu.
NATO qoşunlarının Mərkəzi Asiya təchizatı

Arzu Nağıyev - Trend-in icmalçısı

Pakistan öz ərazisindən qoşunların təchizat kanalını bağlayanda, təkcə bu səbəbdən Əfqanıstanda yerləşən NATO-nun 150 minlik qüvvəsi hər hansı döyüş missiyasını yerinə yetirmək imkanından məhrum oldu.

Bu gün Əfqanıstanda yerləşən ABŞ qoşunları üçün bir litr yanacağın qiyməti on dollara başa gəlir, bu isə ABŞ ərazisindəki yanacaqdoldurma məntəqələrindəki qiymətdən on dəfə çoxdur. Bundan başqa, il ərzində 24 təchizat karvanının hər birində bir ABŞ əsgəri öldürülür və ya ağır yara alır.

ABŞ komandanlığı belə qərara gəlib ki, ərzaq və digər məhsulların (tikinti materialları daxil olmaqla) Mərkəzi Asiya ölkələrindən alınması əlavə iqtisadi imkanlar yaradar və regionda sabitliyin möhkəmləndirilməsinə, Mərkəzi Asiya ölkələri ilə davam edən danışıqlara müsbət təsir göstərər. Bu isə gələcəkdə Əfqanıstanla bağlı koalisiya qüvvələrinin təchizatı sahəsində istər indi, istərsə də gələcəkdə keçiriləcək əməliyyatlara müvafiq başlanığıc ola bilər.

Ən başlıcası da odur ki, digər məsələlərlə yanaşı Mərkəzi Asiya ölkələrindən əldə edilmiş məhsul və xidmətlər məsafənin qısalmasına, əməliyyatlarla bağlı çətinliyin, risklərin və çəkilən xərclərin azalmasına imkan verəcək.

Statistikadan görünür ki, 2010-2012-ci illər ərzində Əfqanıstandakı ABŞ qüvvələri Mərkəzi Asiya və Qafqaz ölkələrindən təxminən 40 milyon dollarlıq dəftərxana ləvazimatı, inşaat avadanlıqları və digər mallar alıblar. Gələn il isə bu rəqəmin 50-60 milyon dollar olacağı gözlənilir.

Maraqlıdır ki, bu 40 milyon dollarlıq məhsulun 51%-i Qazaxıstandan, 39%-i Gürcüstandan, 9% -i isə Özbəkistandan alınıb, kiçik bir hissəsi isə (1%) Qırğızıstan və Tacikistanın payına düşür. Mərkəzi Asiyadan alınmış məhsullar isə əsasən kağız dəsmal, tualet kağızı və yuyucular olub. Qazaxıstanda yerləşən distribüter şəbəkələri vasitəsilə Mərkəzi Asiyada istehsal edilməyən kompüter printerlərinə 9,1 milyon dollarlıq kartriclər alınıb.

ABŞ ordusuna Mərkəzi Asiyada istehsal olunan malların 140 adda çeşidinin alınmasına icazə verən xüsusi kataloq buraxılıb.

Yerli mallar ABŞ analoqlarından daha sürətlə çatdırılır, bu isə keyfiyyətə müsbət təsir göstərir. Buna görə də həmin kataloqda məhsulların çeşidinin artırılması nəzərdə tutulur.

Belə bir ticarət əlaqələrinin olmasına baxmayaraq, Qazaxıstan və Özbəkistanda biznes dövriyyəsinin azlığı narazılıq şəklində büruzə verilir. Özbəkistan hakimiyyəti hətta ABŞ ilə arasında bu rəqəmin 100 milyon dollara çatdırılmasını arzulayır. Buna mane olan səbəblərdən ən başlıcası isə ABŞ-dan fərqli olaraq malın satınalma qiymətinin əvvəlcədən deyil, alındıqdan sonra ödənilməsidir.

Qazaxıstan hakimiyyəti isə Pentaqonun daha çox ölkədə istehsal edilən malları almasında israrlıdır və ABŞ Mərkəzi Komandanlığı hərbi karvanlar və tranzitə görə Qazaxıstan hökumətinə ödənişləri yada salanda çox ciddi reaksiya verir.

Görünür ki, Mərkəzi Asiya dövlətləri ABŞ ilə biznesdən daha cox şey arzulayırdılar, yerli şirkətlər beynəlxalq bazara çıxmaq, hakimiyyət isə fərqli siyasət və dividentlər gözləyirdi.

Məmurlar, öz növbəsində, "Manas" və digər bazalar üzrə yanacaq müqavilələrinin bağlanmasını istəyir, eyni zamanda, amerikalılara onların nədən nə qədər almalı olduqlarını diktə etməyi düşünürdülər. Bu isə Pentaqonun prinsipləri ilə üst-üstə düşmür, çünki maliyyə xərclərinə nəzarət birbaşa öz səlahiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti