Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyeva bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusiklə görüşüb.
Görüş İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" layihəsi çərçivəsində baş tutub.
Görüşdə layihənin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə UNEP arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə gələcəkdə də birgə bir çox proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Leyla Əliyeva bu gün, həmçinin Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Qafqaz ofisinin regional direktoru Georgi Sanadiradze ilə görüşüb.
İDEA və UNEP-in əməkdaşlığı ilə reallaşdırılan "Yaşıl həftə" layihəsi çərçivəsində keçirilən görüşdə ölkəmizdə İDEA təşəbbüsü ilə icra olunan layihənin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilib.
İDEA-nın təsisçisi Leyla Əliyeva beynəlxalq kampaniyanın cəmi bir il mövcud olmasına baxmayaraq, ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlər görüldüyünü bildirib, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini qeyd edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, gələcəkdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti noyabrın 16-də Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla da görüşüb.
Görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirilib, İDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirilib.
İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" layihəsi çərçivəsində baş tutan görüşdə, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva: Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirilir (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla Əliyeva bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusiklə görüşüb.
